26 noyabr 2024 at 20:12
Jurnalist kodu: 5561
Xəbər kodu: 85671961
T T
0 Persons
Əraqçi sionist rejimin cinayətini dayandırmaq üçün bütün ölkələri məsuliyyətli olmağa çağırıb

Tehran- İRNA - İranın Xarici İşlər naziri Sloveniyanın Xarici İşlər naziri ilə görüşündə bütün ölkələri, xüsusilə də sionist rejim tərəfdarlarını İsrailin cinayət və müharibə qızışdırmasını dayandırmaq, beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidlərin genişlənməsinin qarşısını almaq üçün məsuliyyətli olmağa çağırıb.

Əraqçi sionist rejimin soyqırım törətməsinin davam etməsi, Livan və regionun digər ölkələrinə qarşı təcavüzü səbəbilə Qərbi Asiya regionunda vəziyyəti çox təhlükəli adlandırıb, bütün ölkələrin, xüsusilə də sionist rejim tərəfdarlarını İsrailin cinayət və müharibə qızışdırmasını dayandırmaq, beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidlərin genişlənməsinin qarşısını almaq üçün məsuliyyətli olmağa çağırıb.

Sloveniyanın Xarici İşlər naziri də İranın Qərbi Asiya regionunda mühüm mövqeyi və regional sülh və sabitliyin qorunmasındakı roluna işarə edərək, regionda təhlükə və qeyri-sabitliyin inkişafının qarşısını almaq üçün beynəlxalq səylərin genişləndirilməsinin vacibliyini vurğulayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .